Pilotsuz taksi xidməti bu tarixdən işə salınır
Bizi izləyin

ABŞ

Pilotsuz taksi xidməti bu tarixdən işə salınır

“Tesla” korporasiyasının rəhbəri İlon Mask 2025-ci ilin ortalarında şirkətin pilotsuz taksi istifadəyə verəcəyini açıqlayıb.

Publika.az xəbər verir ki, məlumatı “TechCrunch” nəşri dərc edib.

“Tesla”nın malyyə hesabatına həsr olunmuş telefon danışığında Mask “Cybercab” dron-taksi xidmətinin iyun ayında işə salınacağını və ilk növbədə Texas ştatının Ostin şəhərində fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

Mask bildirib ki, “Cybercab”-da sürücü və ya operator olmayacaq. Maşınlar Full Self-Driving sisteminin müasirləşdirilmiş versiyası əsasında hərəkət edəcək.

Hesabat zamanı Mask 2025-ci ili Tesla üçün ən vacib il adlandırıb. O qeyd edib ki, FSD sistemi əsasında avtopilot avtomobili adi sürücüdən daha diqqətli və təhlükəsiz şəkildə idarə edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm