Magazin2
Diddiyə qarşı YENİ İDDİA: Seks alverinə məcbur etdiyi qadını eyvandan asaraq…
Seksual zorakılıq və insan alverində şübhəli bilinən amerikalı reper, prodüser P.Diddiyə (əsl adı Şon Kombsdur - Red.) qarşı yeni iddia qaldırılıb.
Publika.az xəbər verir ki, hazırlanan yeni iddianamədə repçinin daha 2 qadını seks alverinə məcbur etdiyi bildirilib.
Bununla da Nyu-Yorkun Manhetten Federal Dairə Məhkəməsinə təqdim edilən genişləndirilmiş ittiham aktı ilə Diddinin 20 ilə yaxın davam edən və beynəlxalq ölçülərə çatan “seks alveri şəbəkəsi”nin qurbanlarının sayı üçə çatıb.
Prokurorlar iddianaməyə əlavə ediblər ki, Diddi qadınları cinsi əlaqəyə və seks alverinə məcbur etmək üçün təsis etdiyi “Bad Boy Entertainment” kimi etiketlərdən istifadə edib.
Reperin həmçinin həmin qurbanlardan birini eyvandan asdığı da iddia edilir.
İttiham aktında qeyd olunub ki, Diddi şahidlərə, zərərçəkmişlərə susmaq və ya yalan ifadə vermək üçün rüşvət təklif edib.
Qeyd edək ki, reper məhkəmədə bütün ittihamları təkzib edib.
Diddi təqsirli bilinərsə, onu minimum 15 il və ya ömürlük həbs cəzası gözləyir. Reperin məhkəməsi isə mayın 5-də başlayacaq.
Roza
-
Magazin101:11Cennifer Lopez səhnəyə elə libada çıxdı ki... - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu sizə ən doğru yolu göstərəcək
-
Nida Xəbər 2 İyul 23:12Hər şey çox sadə və əlçatandır: MN-dən yenilik - VİDEO
-
Region2 İyul 23:00Kürdlər İrana daxil oldular - Şiddətli döyüşlər başladı, ölənlər var
-
Cənubi Qafqaz2 İyul 21:48Ermənistanda zəlzələ baş verdi
-
Magazin12 İyul 21:12Natiq Şirinov 35 min təzminat alacaq - FOTO
-
Magazin22 İyul 19:36Məşhur müğənni şahzadə və xanımını toyuna dəvət etdi
-
İdman2 İyul 18:36Volk Messi və Ronaldo arasında seçim etdi

















.jpg)

















