ABŞ
Tramp Baydenin bu qərarını ləğv etdi - Artıq müttəfiqləri ABŞ silahlarını...
ABŞ prezidenti Donald Tramp administrasiyasının müttəfiqlərin beynəlxalq humanitar hüququ pozaraq Amerika istehsalı olan silahlardan istifadəsinin qarşısını almaq məqsədi daşıyan “Milli Təhlükəsizlik Memorandumu (NSM-20)” əmrini ləğv etdiyi iddia edilib.
Publika.az xəbər verir ki, Tramp Bayden dövründə imzalanan və müttəfiqlər tərəfindən istifadə edilən ABŞ istehsalı silahlarla bağlı mümkün beynəlxalq hüquq pozuntuları barədə məlumat verməyi tələb edən təlimatı ləğv etmək qərarına gəlib.
Qərar adının çəkilməsini istəməyən iki dövlət məmuru tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Bayden 2024-cü il fevralın 8-də imzalanan “Milli Təhlükəsizlik Memorandumu (NSM-20)” əmri ilə ABŞ-dan hərbi yardım alan və münaqişələrdə iştirak edən bütün ölkələrdən beynəlxalq hüquqa riayət etdiklərinə və humanitar yardıma mane olmadıqlarına dair “etibarlı yazılı təminatlar” vermələrini tələb edib.
Bu kontekstdə Dövlət və Müdafiə Departamentlərindən Amerika silahlarının beynəlxalq hüquqa zidd olaraq istifadə edildiyinə dair “hər hansı etibarlı hesabat və ya iddiaları” qiymətləndirmələri üç ay ərzində ABŞ Konqresinə hesabat təqdim etmələri istənilib.
Aysel Şahmar
-
Elm və təhsil12:56Nazir: "Bizə formal doktorantura bitirənlər lazım deyil"
-
Digər12:20Hindistanda An-32 hərbi təyyarəsi qəzaya uğradı - SSRİ istehsalı imiş
-
MDB11:23Məşhur rus alim Ermənistanın hava limanında saxlanıldı
-
İdman10:32İran milli komandasının təlim bazasının yaxınlığında cəsəd tapıldı
-
İdman10:00Dünya çempionatında qalmaqal: - İngiltərə yığmasının butsuları və avadanlıqları oğurlandı
-
ABŞ08:30Pentaqon UNO materiallarını yayımladı - Üçüncü dəfə
-
Elm və təhsil08:15"Son zəng" çalınır
-
Nəqliyyat06:46Bakının parkinq böhranı necə həll oluna bilər? - Video




































