Səhiyyə
Bu məhsul mədəaltı vəzi xərçəngi riskini artırır
Qırmızı ət istehlakı mədəaltı vəzi xərçəngi riski artıra bilər. Çinli alimlər təxminən 2 milyon insanın iştirak etdiyi 16 tədqiqatın nəticələrini təhlil edərək belə bir qənaətə gəliblər.
Publika.az xəbər verir ki, tədqiqatın nəticələri "Frontiers in Nutrition" jurnalında dərc olunub.
Tədqiqatçılar 1,96 milyon iştirakçının məlumatlarını araşdırıblar və onlardan 8856 nəfərdə mədəaltı vəzi xərçəngi qeydə alınıb. Məlum olub ki, qırmızı əti ən çox istehlak edən insanlarda bu xəstəliyə tutulma riski, onu daha az yeyənlərlə müqayisədə 16 faiz yüksək olub.
Bundan əlavə, alimlər xətti asılılıq aşkar ediblər: gündəlik qəbul edilən hər əlavə 100 qram qırmızı ət mədəaltı vəzi xərçəngi riskinin təxminən 10 faiz artması ilə bağlı olub. Qırmızı ətə mal əti, donuz əti, qoyun əti və digər məməli heyvanların əti daxildir.
Bununla belə, emal edilmiş ət məhsulları – kolbasa, sosiska, bekon və digər oxşar qidalar ilə mədəaltı vəzi xərçəngi riski arasında statistik baxımdan əhəmiyyətli bir əlaqə aşkar edilməyib. Müəlliflər qeyd edirlər ki, bu mövzuda əvvəlki tədqiqatların nəticələri ziddiyyətli olduğu üçün genişmiqyaslı bir meta-analiz aparılıb.
Alimlər vurğulayırlar ki, bu iş yalnız əlaqəni göstərir, birbaşa səbəb-nəticə əlaqəsini deyil. Buna baxmayaraq, əldə edilən məlumatlar onu göstərir ki, qırmızı ət istehlakını məhdudlaşdırmaq ən təhlükəli onkoloji xəstəlik növlərindən birinin riskini azaltmağın yollarından biri ola bilər.
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü











.png)







.jpg)















