Dünya
Rusiyalı turistlərin yay seçimi bu ölkə oldu
Rusiyalı turistlərin 2026-cı ilə yay mövsümündə istirahət üçün seçimi Türkiyədir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası (ATOR) məlumat yayıb.
Bildirilib ki, rezervasiyalarda 57 faiz payla birinci yerdə olan Türkiyəyə yay ərzində təxminən 2,9-3 milyon rus turistin gəlməsi gözlənilir.
Məlumata görə, bu yay mövsümü üçün xarici tur rezervasiyaları ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb. Vurğulanıb ki, Yaxın Şərqdəki siyasi gərginlik və BƏƏ istiqamətində məhdudiyyətlər alternativ bazarların zəifləməsinə səbəb olub. Bu boşluq əsasən Türkiyə, Misir, Vyetnam və Çin istiqamətlərinə yönəlib.
Həmçinin, Şengen vizalarında sərt giriş qaydaları rus turistlərin Avropa səfərlərini çətinləşdirib. Bu isə vizasız rejim və geniş uçuş imkanlarına malik Türkiyənin üstünlüyünü artırıb.
Müəllif: Roza
-
Rəsmi xronika17:29İlham Əliyev dövlət qulluqçularını təltif etdi - SİYAHI
-
Sosial17:10Məktəb direktoruna kabinetində xəsarət yetirdi - Bu cəza verildi
-
Avropa16:27Kəşfiyyatdan sensasion iddia: Rusiya bu ölkələrdə təxribat hazırlayır
-
Rəsmi xronika15:17Prezidentlər Şuşada birgə nahar etdi
-
Rəsmi xronika14:57İlham Əliyev və Berdiməhəmmədov Bülbülün ev-muzeyində olublar - FOTO
-
İdman14:34“Qarabağ”ın potensial rəqibi məşhur futbolçunu alır
-
Rəsmi xronika13:32Prezidentlər Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldu
-
MDB12:50Neft anbarı, elektrik stansiyası, liman... - Ukrayna dronları hər yeri vurur



































