ABŞ
Tramp Cinpinin bu təklifini QƏBUL ETDİ - Melaniya ilə birlikdə...
ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinin Çinə səfər dəvətini qəbul edib.
Publika.az xəbər verir, bu barədə Amerika lideri Ağ Evdə Almaniya kansleri Fridrix Mertzlə görüşdə məlumat verib.
"O, məni Çinə dəvət etdi, mən də onu buraya dəvət etdim. İkimiz də dəvəti qəbul etdik", - Tramp deyib.
Tramp nə vaxtsa həyat yoldaşı Melaniya Trampla birlikdə Çinə səfər edəcəyini bildirib və Si Cinpinin Çinin birinci xanımı ilə birlikdə ABŞ-a gələcəyinə ümid etdiyini bildirib.
İyunun 5-də ABŞ və Çin rəhbərləri arasında telefon danışığı olub. Söhbətin təfərrüatları barədə məlumat verilməyib, lakin amerikalı lider çinli həmkarı ilə söhbətin təxminən bir saat yarım davam etdiyini və "çox müsbət" olduğunu bildirib. Eyni zamanda, iki ölkənin başçıları Ukrayna münaqişəsi və İranın nüvə proqramı mövzularına toxunmayıblar .
Mayın 30-da Tramp bildirib ki, Si Cinpinlə danışdıqdan sonra ölkələr arasında ticarət anlaşmazlıqlarını həll edə biləcək.
Si Cinpin isə ABŞ-ı Tayvan məsələsinə ehtiyatla yanaşmağa çağırıb.
Hüseyn İbadlı
-
Sosial06:46Gənclər buna görə evlənmək istəmir...
-
Magazin206:16Leonardo ofisiantı ağlatdı: 50 min avro ilə...
-
Cənubi Qafqaz05:45Ona qarşı cinayət işi açılacaq - Paşinyan elan etdi
-
ABŞ04:30ABŞ ordusu o əraziyə daxil oldu - İndi nə baş verəcək?
-
ABŞ02:43Düzgün cavabları almasaq... - Trampdan İrana sərt xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: böyük bir maddi yükdən azad olacaqsız
-
Hadisə00:27Azərbaycanda yas mərasimində kütləvi zəhərlənmə: 21 nəfər xəstəxanalıq oldu - Yeniləndi
-
ABŞ20 May 22:32Tramp arzusunu açıqladı: 2032-ci ilə qədər...







.webp)


.jpg)





















