ABŞ
ABŞ-ın əhalisi 25 milyon azala bilər: Bu şəxslərin vətəndaşlığı ləğv olunacaq
Tramp Ədliyyə Departamentinə cinayət törətdiklərinə görə vətəndaşlıq almış amerikalıların vətəndaşlığını ləğv etmək üçün göstəriş verir.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Bildirilir ki, iyunun 11-də dərc olunan memorandumda departamentin hüquqşünaslarına müraciət edilir ki, əgər şəxs “qeyri-qanuni yolla, maddi faktı gizlətməklə və ya qəsdən təhrif etməklə” vətəndaşlığı əldə edibsə, həmin şəxsin ABŞ vətəndaşlığından məhrum edilməsi üçün mülki iş qaldırsın.
Proses təqribən 25 milyon ABŞ vətəndaşını hədəfləyir.
Direktiv Ədliyyə Departamentinin vəkillərinə, o cümlədən immiqrasiya blanklarında yalan danışmaq, Birləşmiş Ştatlara və ya şəxslərə qarşı maliyyə və ya səhiyyə sahəsində fırıldaqçılıq halları və ABŞ prokurorları tərəfindən göndərilən və ya hələ də davam edən cinayət ittihamları ilə bağlı denaturalizasiyaya müraciət etmək barədə daha geniş ixtiyar verir.
İmmiqrasiya hüquqşünasları narahatdırlar ki, mülki denaturalizasiya halları insanı müəyyən hüquqlardan, o cümlədən vəkillik hüququndan məhrum edir və sübut həddini aşağı salır və denaturalizasiya prosesini sürətləndirir. İmmiqrasiya Hüququ Resurs Mərkəzinin siyasət direktoru Samira Hafiz NPR-ə "Bu, ABŞ-ın ikinci dərəcəli vətəndaşları yaratmaq cəhdidir" deyib.
Adəm
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirliyə yeni müavin təyin edildi - FOTO
-
Kriminal09:36“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto
-
ABŞ03:19Vens ABŞ-ın “qırmızı xətt”indən danışdı








.jpg)

























.jpg)


