ABŞ
“Ən sirli qatil” etiraf etdi: Tələbə qızları vəhşicəsinə öldürüb
Brayan Koberqer üç yatmış qızı və onlardan birinin sevgilisi olan bir gənci qətlə yetirdiyini etiraf edib.
Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb. Qeyd edək ki, Amerika mediası onu ölkənin ən müəmmalı qatili adlandırıb.
İddia müqaviləsinin şərtlərinə görə, Koberqer ölüm cəzası almayacaq, bunun əvəzinə dörd mərhələli ömürlük həbs cəzası və təcavüzə görə əlavə 10 il həbs cəzası ala bilər. Yekun hökmün iyulun 23-də veriləcəyi gözlənilir.
Bildirilir ki, ABŞ-ı şoka salan cinayət 2022-ci il noyabrın 13-də Aydaxo ştatının Moskou şəhərində baş verib. Müstəntiqlərin sözlərinə görə, Koberqer gecə saatlarında Aydaxo Universitetinin tələbələrinin qaldığı evə soxularaq dörd nəfəri vəhşicəsinə qətlə yetirib. Onun bu işdə əlinin olması cinayət yerindəki qıfılda tapılan izlərin DNT analizi ilə təsdiqlənib.
Qeyd olunur ki Koberqer həmin il dekabrın 30-da həbs edilib. Sonradan məlum olub ki, hücumdan bir ay əvvəl o, yaxınlıqdakı şəhərdə oxşar cinayət törətməyə cəhd edib. Həmin vaxt Koberqerin geyindiyi maskaya bənzər maska taxmış naməlum şəxs bıçaqla şəxsi evə soxulmağa cəhd edib. Onun da məhz Koberqer olduğu ehtimal edilir.
Adəm
-
Dünya10:50Hindistandan Rusiya nefti ilə bağlı qeyri-adi addım: ABŞ-ı belə aldadırlar
-
Magazin210:13Kardaşyanın yeni macərası: Tokionun küçələrində əl-ələ tutaraq gəzdilər
-
Dünya10:08Bosfordan 15 mil məsafədə Türkiyə tankerinə hücum: Hədəf alan kimdir?
-
Sosial09:50Azərbaycanda yağıntılı hava müşahidə edilir - FAKTİKİ HAVA
-
Magazin108:3029 il əvvəl Azərbaycan gözəli seçilən xanımın son halı
-
Dünya03:19Hörmüz boğazından təkcə onlar keçə biləcək
-
Magazin202:4421 yaşlı tiktokerin həzin sonu - Foto
-
Qoroskop01:40Günün ulduz falı: gözlənilməz bir xəbər planlarınızı dəyişəcək


























.jpg)








