ABŞ
Meksikalılar ABŞ sərhədindəki körpünü bağladı
Yüzlərlə fermer və yük maşını sürücüsü ABŞ-la sərhəddəki böyük körpünün Meksika hissəsini bağlayıb
Publika.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Etirazçılar Texas ştatının El Paso şəhərini Meksikanın Syudad Xuares şəhəri ilə birləşdirən Saraqosa-İsleta beynəlxalq körpüsünü bağlayıblar.
Qeyd olunur ki, iki ölkə arasındakı ticarətin təxminən 70 faizi məhz bu cür sərhəd keçidlərindən həyata keçirilir.
Etirazlar Meksika prezidenti Klaudiya Şeynbaumun təklif etdiyi, konsessiya hüquqlarının satışını və ya ötürülməsini qadağan edən “Ümumi Su Qanunu”na edilən bir sıra islahatlara reaksiyadır. Oxşar aksiyalar Meksikanın 16 ştatında da keçirilib.
Aksiyalar zamanı ferma işçiləri Syudad Xuaresdəki gömrük idarəsinə də hücum ediblər. Aqrobiznes Assosiasiyasının prezidenti Xavyer Xurado bildirib ki, Şeynbaum administrasiyası su resurslarını “nəzarətə götürmək” və fermerləri “müdafiəsiz vəziyyətdə qoymaq” istəyir.
Daxili işlər naziri Roza İtsela Rodriqes Mexikoda keçirdiyi mətbuat konfransında etirazçılara müraciət edərək bildirib: “Əgər siyasi motiv daşımırsa, bu etirazların heç bir əsaslı səbəbi yoxdur”.
Adəm
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı















.jpg)


















