ABŞ
Nyu-Yorkun yeni meri “Arsenal”ın əfsanəsindən mesaj aldı, ağladı - VİDEO
Nyu-York şəhərinin yeni meri 2026-cı il yanvarın 1-də fəaliyyətə başlayacaq.
O, Uqandadan olan Hindistan əsilli 34 yaşlı müsəlman Zohran Mamdanidir. Zohran son seçkilərdə 50,39% səs toplayıb.
Publika.az xəbər verir ki, Mamdani çoxdan “Arsenal” azarkeşidir. O, 2000-ci illərin əvvəllərində klubu dəstəkləməyə başlayıb, çünki həmin vaxt komandada çoxlu sayda afrikalı oyunçu var idi.
Zohran Mamdani “The Adam Friedland Show” podkastında olan zaman gözlənilməz hədiyyə alıb. Aparıcı ona "Arsenal"ın əfsanəsi İan Raytın video-mesaj göndərdiyi telefonu verib.
Bu, gələcək mer üçün xoş sürpriz olub, o, göz yaşlarını saxlaya bilməyib.
"Salam, Zohran, necəsən? Bu, İan Raytdır. Mən sizi nailiyyətləriniz münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Əsl iş indi başlayır, amma Allah qoysa, ağlınıza gələn hər şeyə nail olacaqsınız.
Dostum, sənin qələbə enerjin bizə lazım olacaq, ona görə də oğlanları dəstəklə. Qarşıda uzun bir yol var. Sakit olun, Mikelə və bütün oğlanlara dəstək olun. İrəli, “Topçular”, - Raytın müraciətində deyilir.
Tural
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı















.jpg)


















