ABŞ
5 yaşlı uşaq cəsarəti ilə hamını heyran etdi - Film kimi hadisə
ABŞ-da beş yaşlı uşaq polisə cinayətkarı tutmaqda kömək edib.
Publika.az xəbər verir ki, hadisə Ohayo ştatının Qrov Siti şəhərində baş verib.
Cinayəti törədən 20 yaşlı Şalik Binq və onun əlaltıları yerli sakin Çeysiti Uorrikin yardım aldığı ərzaq bankına yaxınlaşıblar. Onun yanında üç övladı olub. Binq qəfildən qadının üzünə yumruq vurub, açarları alıb və avtomobili oğurlamağa cəhd edib.
Uşaqlar dərhal onu təqib ediblər. Beş yaşlı Adrian anasını vuran oğrunu avtomobilə minməmişdən tutub. O, Binqi dayandıraraq maşının açarlarını ondan alıb və anasına qaytarıb. Bundan sonra polis cinayətkarı həbs edib.
Polis leytenantı Ceyson Stern bildirib ki, uşaqların cinayətkarları təqib etməməsi lazım olsa da, Adrianın cəsarətli hərəkətinə heyran qalıblar: “Balaca uşağın cinayətkara ‘bu mənim anamdır, onu incidə bilməzsən’ dediyini görəndə onların cəsarətinə heyran qaldım”.
Adəm
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı















.jpg)


















