ABŞ
Çılpaq cinayətkar zərgərlik mağazasını QARƏT ETDİ
Texasda hüquq-mühafizə orqanları zərgərlik salonunu qarət etməkdə və sonradan tamamilə çılpaq vəziyyətdə qaçmağa cəhd göstərməkdə şübhəli bilinən bir kişini saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə "MYSanAntonio" portalı məlumat yayıb.
Hadisə 22 noyabrda baş verib. Polis ticarət obyektinin yaxınlığında yol qəzası barədə məlumat alıb. Araşdırma zamanı məlum olub ki, cinayətkar avtomobili demək olar ki, binaya çırpıb, sonra içəri girərək zinət əşyaları vitrinini dağıdıb və oğurladıqları ilə birlikdə qaçıb. Mağazanın 60 yaşlı müştərisi onu saxlamağa cəhd göstərsə də, avtomobilin qapısının zərbəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Bir müddət sonra cinayətkarın avtomobili sürətli magistral yolda tərk edilmiş halda tapılıb. Saxlanılma zamanı şübhəli piyada qaçmağa cəhd edib, lakin tamamilə geyimsiz vəziyyətdə tutulub. Onun şəxsiyyəti açıqlanmır, yalnız 38 yaşında olduğu məlumdur. Hazırda əsas qarət ittihamı ilə yanaşı, ona bir sıra əlavə ittihamlar da irəli sürülüb.
Hüseyn İbadlı
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı















.jpg)


















