ABŞ
Tramp Maduro ilə bağlı suala belə cavab verdi
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduro ilə danışıqlara hazır olduğunu bildirib, lakin belə bir söhbət üçün konkret vaxt təqdim etməyib.
Publika.az xəbər verir ki, onun açıqlamasının audio yazısı Ağ Evin "YouTube" kanalında yayımlanıb.
İki lider arasında mümkün danışıqlar ABŞ-ın regionda narkotik qaçaqmalçılarına qarşı davam edən əməliyyatı fonunda baş tuta bilər və Vaşinqtonun dediyinə görə, narkotik qaçaqmalçı gəmilərini hədəf alır.
Jurnalistlərin Maduro ilə dialoqun mümkünlüyü ilə bağlı suallarını cavablandıran Tramp "Onunla danışacağam. Baxacağıq" deyib.
Bir ay əvvəl Vaşinqton 20 ildən artıqdır istifadəsiz qalan ABŞ Hərbi Dəniz Qüvvələrinin Ruzvelt-Rouds bazasının modernləşdirilməsinə başlayıb, həmçinin Puerto-Rikoda və Vircin adalarında mülki hava limanlarında infrastrukturun tikintisinə start verib. Analitiklər hesab edirlər ki, bütün bu addımlar ABŞ hərbçilərinin Venesuela ərazisində əməliyyatlar aparmasına kömək edəcək hazırlıqlara işarə edir.
Hüseyn İbadlı
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı















.jpg)


















