ABŞ
Ya ərazilərdən imtina, ya da yeni işğal dalğası - Tramp başqa seçim imkanı vermir
"Rusiyanın xüsusi hərbi əməliyyat zonasında döyüşləri və hücum əməliyyatlarını dayandırması Ukrayna üçün ciddi güzəşt sayıla bilər".
Publika.az xəbər verir ki, bunu noyabrım 27-də Şükran Gününü qeyd etmək üçün Floridaya yollanan ABŞ Prezidenti Donald Tramp öz təyyarəsində Ağ Evin jurnalistlərinə bildirib.
Amerika lideri vurğulayıb ki, o, təklif etdiyi münaqişənin həlli planını Kiyevdən daha çox Moskva üçün sərfəli olduğunu hesab etmir. Onun sözlərinə görə, iddiaların əksinə olaraq, Rusiya böhranın həllinə meyillidir və danışıqlara hazırdır.
“Bu böyük güzəştlərdir: onlar döyüşləri dayandırırlar və daha çox ərazi ələ keçirmirlər. Baxın, hər şey bir istiqamətdə gedir. Nəhayət, yaxın bir neçə ay ərzində bu torpaqlar Rusiyanın əlinə keçə bilər. Deməli, ya döyüşüb daha 50–60 min insan itirmək istəyirsiniz, ya da elə indi nəsə etmək istəyirsiniz. Sülh razılaşmasına nail olmaq üçün Ukrayna bəzi ərazilərdən imtina etməlidir, əks halda bu əraziləri bir neçə ay ərzində itirə bilər”, – deyə Tramp bildirib.
Hüseyn İbadlı
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı















.jpg)


















