ABŞ
Ağ Evin sözçüsünün qohumu saxlanıldı: ABŞ-da qanunsuz yaşayırmış
ABŞ hakimiyyəti uzun illər ölkədə qeyri-qanuni yaşayan braziliyalı qadını saxlayıb.
Publika.az xəbər verir ki, NBC telekanalının məlumatına görə, söhbət Ağ Evin mətbuat katibi Karolin Leavittin qardaşının arvadı Bruna Karolin Ferreyradan gedir.
ABŞ Daxili Təhlükəsizlik Departamenti onu 1999-cu ildə turist vizasının müddətini keçmiş sənədsiz mühacir kimi qeydə alıb. Qadın noyabr ayında Massaçusetsdə saxlanılıb və daha sonra Luiziana ştatında ICE həbsxanasına yerləşdirilib. Məlumata görə, o, ABŞ-a 1998-ci ildə uşaq ikən gəlib.
Leavittin qardaşı oğlu bütün həyatı boyu atası ilə Nyu-Hempşirdə yaşayıb və anası ilə heç bir əlaqəsi olmayıb. Ağ Evin sözçüsü mövzu ilə bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, həbs immiqrasiya siyasətinin sərtləşdirilməsi fonunda baş verib. Prezident Donald Tramp dəfələrlə administrasiyasına qədər on milyonlarla insanın ölkəyə qanunsuz daxil olduğunu iddia edib və qeyri-qanuni immiqrasiyaya qarşı sərt kampaniyalar həyata keçirib, o cümlədən Meksika sərhədində fövqəladə vəziyyət elan edib.
Adəm
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı















.jpg)


















