ABŞ
Ağ Evin yaxınlığında atışma baş verdi - 2 əsgər öldürüldü/ YENİLƏNDİ
Ağ Ev yaxınlığında baş verən atışma nəticəsində xəsarət alan iki ABŞ Milli Qvardiya üzvü həlak olub.
Publika.az xəbər verir ki, bu barədə Qərbi Virciniya qubernatoru Patrik Morrisey "X" sosial media səhifəsində bildirib.
"Böyük kədər hissi ilə təsdiqləyə bilərik ki, bu günortadan sonra Vaşinqtonda vurulan hər iki Qərbi Virciniya Milli Qvardiya üzvünün aldıqları xəsarətlərdən öldüyü bildirilir", - o qeyd edib.
Morrisey daha sonra yaralı əsgərlərin vəziyyəti ilə bağlı ziddiyyətli məlumatlar aldığını əlavə edib. Qubernator vəziyyət aydınlaşdıqdan sonra ictimaiyyətə daha dəqiq məlumat verəcəyinə söz verib.
***
Vaşinqtonda, Ağ Evin yaxınlığında atışma baş verib. Hadisə zamanı Milli Qvardiyanın 2 əsgəri yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb.
Polis bildirib ki, atışma təxminən saat 14:20 (Bakı vaxtı ilə 01:20) radələrində Farragut West metro stansiyasının yaxınlığında, 1-ci və 17-ci küçələr arasında başlayıb.
Ağ Evdən bir neçə məhəllə aralıda baş verən atışmada şübhəli bilinən bir kişini saxlayıb. Vaşinqton Polis Departamenti bu barədə "X" sosial media səhifəsində məlumat verib.
Hadisə yeri hazırda mühasirəyə alınıb. Polis sakinlərə ərazidən uzaq durmağı tövsiyə edib.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ Prezidenti Donald Trampın atışma barədə məlumatlandırıldığını və vəziyyəti izlədiyini bildirib.
Ləman
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM
-
Dünya01:31İranda partlayış səsləri eşidildi - ABŞ zərbələrə başladı?
-
Qoroskop01:20Günün ulduz falı: uzunmüddətli səyahətlər gündəminizə gələ bilər
-
Hadisə10 İyun 23:55Gəncədə kütləvi dava - Xəsarət alanlar var
-
ABŞ10 İyun 21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art10 İyun 21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 10 İyun 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika10 İyun 20:24Prezident Fərman imzaladı















.jpg)


















