ABŞ
ABŞ Rusiya silahına heyran qalıb: Toxunulmazdır
CNN Rusiyanın “Oreshnik” ballistik raketinin xüsusiyyətləri barədə məlumat yayıb.
Publika.az xəbər verir ki, nəşrin yazdığına görə, raketin hipersəs sürəti və uçuş trayektoriyası onu Ukraynanın mövcud hava hücumundan müdafiə sistemləri üçün faktiki olaraq toxunulmaz edir.
CNN-in məlumatına görə, “Oreshnik” raketi əksər müasir raketlərdən daha sürətli hərəkət edir və təxminən saatda 13 min kilometr sürət yığa bilir. Bu isə onun mövcud HHM sistemləri tərəfindən aşkar olunmasını və zərərsizləşdirilməsini xeyli çətinləşdirir.
Qeyd edilir ki, raketin əsas fərqləndirici xüsusiyyətlərindən biri birdən çox döyüş başlığı daşımaq qabiliyyətidir. Əsas raketdən hipersəs sürətlə altıya qədər çoxhədəfli döyüş başlığı ayrılıb buraxıla bilər və onların hər biri ayrı-ayrı hədəflərə yönəldilə bilər.
Bildirilib ki, bu tip raketlər əsasən nüvə başlıqlarının çatdırılması üçün hazırlanıb və həm nadir, həm də olduqca bahalı silah kateqoriyasına daxildir. CNN analitikləri bu texnologiyanı Soyuq müharibə dövründə yaradılmış oxşar sistemlərlə müqayisə edirlər.
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...


















.jpg)
.jpg)















