ABŞ
İran "Starlink" avadanlıqlarının böyük partiyasını ƏLƏ KEÇİRDİ - İDDİA
İran kəşfiyyat orqanları sərhədyanı ərazidə "Starlink" peyk rabitə avadanlıqlarının böyük partiyasının ələ keçirildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Rəsmi qurumların iddiasına görə, bu avadanlıqlar İranda “kəşfiyyat və təxribat fəaliyyəti” aparmaq məqsədi daşıyıb.
Məlumata görə, İran hökumətinin İlon Maska məxsus "Starlink" sisteminin siqnallarını bloklamaq cəhdlərinə baxmayaraq, bəzi İran vətəndaşları internetə çıxış üçün bu peyk rabitəsindən istifadə edir. Qeyd olunub ki, "Starlink"in İranda istifadəsi rəsmi şəkildə qadağandır.
Yanvarın 13-də İranın dövlət televiziyası avadanlıqların “qonşu ölkələrdən birindən qeyri-qanuni şəkildə ölkəyə gətirildiyini” bildirib. Konfiskasiya olunan yüklər arasında 100 uzaqməsafəli qəbuledici, 50 BTS siqnal gücləndiricisi, müxtəlif istehsalçılara məxsus 743 ədəd 5G modem və 799 ədəd son nəsil mobil cihaz yer alıb. Yayımlanan videomaterialda elektron avadanlıqlarla dolu qutular nümayiş etdirilib, bəzi qutuların üzərində "Starlink" loqosu açıq şəkildə görünür.
Hüseyn İbadlı
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...


















.jpg)
.jpg)















