ABŞ
Bu ölkədə prezidenti xalq devirməlidir: Tramp elə bir plan qurub ki…
ABŞ prezidenti Donald Tramp Kubaya təzyiq göstərmək üçün müxtəlif ssenariləri, o cümlədən hərbi müdaxilə ehtimalını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə amerikaşünaslıq üzrə ekspert Pavel Dubravski Lenta.ru-ya müsahibəsində danışıb.
Politoloqun sözlərinə görə, ABŞ Kubaya münasibətdə Venesuelada tətbiq etdiyi strategiyanı sınaqdan keçirə bilər: “Əvvəlcə iqtisadi blokada gücləndirilə, daha sonra narazı əhali mövcud hökuməti devirməyə çağırıla bilər. Əgər bu da nəticə verməzsə, hərbi gücdən istifadə variantı gündəmə gələ bilər”.
Dubravski qeyd edib ki, Venesuela ilə müqayisədə Kuba hökumətini devirmək nisbətən daha asan ola bilər. Onun fikrincə, Kubada hakimiyyətin ictimai dəstəyi minimaldır və enerji sektorundakı ciddi problemlər sistemin sabitliyini sarsıdır.
Ekspert əlavə edib ki, ABŞ-ın arzuolunmaz hökumətləri ardıcıl və uğurla devirməsi nadir haldır, lakin Tramp üçün bu məsələ prinsipial xarakter daşıyır. Onun məqsədi Kubanın kommunist rejimini dəyişmək və son onilliklərdə formalaşmış qlobal status-kvonu pozmaqdır.
Qeyd edək ki, Tramp daha əvvəl Kubanın ağır iqtisadi vəziyyətdə olduğunu və ölkə iqtisadiyyatının gələcəyinin qeyri-müəyyən olduğunu bildirmişdi. O, hətta hərbi müdaxilə ehtimalını istisna etməmiş və zarafatla dövlət katibi Marko Rubionun Kubanın yeni lideri kimi yaxşı seçim ola biləcəyini söyləmişdi.
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...


















.jpg)
.jpg)















