ABŞ
Trampdan şok plan - İrandakı silahlı qrupları...
ABŞ Prezidenti Donald Tramp İslam Respublikasında mövcud hakimiyyəti devirmək üçün silaha sarılmaq istəyən İran müxalif qüvvələrinə dəstək vermək imkanını nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ-ın adının açıqlanmasını istəməyən rəsmi şəxslərinə istinadl məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Ağ Ev rəhbəri martın 1-də birləşmələri İran-İraq sərhədində cəmləşmiş kürd nümayəndələri ilə danışıqlar aparıb. O, həmçinin "öz məqsədlərinə çatmaq üçün Tehranın zəifliyindən istifadə edə biləcək" digər yerli liderlərlə də təmasdadır.
Nəşr dəqiqləşdirir ki, İsrailin İranın qərbinə endirdiyi zərbələr SİAL-ın (SAXAL) kürdlərin mümkün hücumu üçün yol açdığından xəbər verə bilər.
Fevralın 28-də ABŞ İsrail ilə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Donald Tramp İrana endirilən zərbələri Tehranın nüvə iddialarından əl çəkmək istəməməsi ilə bağlı "səbrin tükənməsi" ilə izah edib.
İslam Respublikasında bir çox şəhərlər, o cümlədən paytaxt hücuma məruz qalıb. Zərbələrdən biri ali rəhbər Əli Xameneinin iqamətgahına düşüb və o, həlak olub. Cavab olaraq İran İsrailə və ABŞ-ın Yaxın Şərqdəki aviabazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirir.
Hüseyn İbadlı
-
Dünya07:47Ərdoğan çıxış edərkən "Instagram"da gəzişdi - VİDEO
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı



































