ABŞ
ABŞ İranda hədəfləri görün necə seçir - ŞOK DETALLAR
Birləşmiş Ştatlar İrana qarşı əməliyyatda hədəfləri "Palantir" hərbi şirkəti tərəfindən hazırlanmış "Claude" süni intellektinin köməyi ilə seçir.
Publika.az xəbər verir ki, bBu barədə "Washington Post" məlumat yayıb.
Qeyd olunub ki, süni intellektin qabaqcıl texnologiyaları İrandakı hədəfləri aşkar edir, onların prioritetliyini sürətlə müəyyənləşdirir və beləliklə, ABŞ və İsrail qüvvələri tərəfindən həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatlara dəstək verir.
Məlumata görə, ABŞ əməliyyatların hazırlanması zamanı "yüzlərlə hədəf"in və onların koordinatlarının təyin edilməsi, habelə həmin hədəflərin əhəmiyyət dərəcəsinə görə siyahılarının formalaşdırılması üçün artıq bu platformadan istifadə edib.
Sistemlə tanış olan mənbələrin bildirdiyinə görə, süni intellekt peyklərdən və digər kəşfiyyat əməliyyatları zamanı aparılan müşahidələrdən əldə edilən böyük həcmli məxfi məlumatlardan dəyərli informasiya çıxarmağa imkan verir. Bu isə real vaxt rejimində hədəfə tuşlamanı və hədəflərin prioritetləşdirilməsini təmin etməyə kömək edir.
Bundan əvvəl ABŞ-ın müdafiə naziri Pit Heqset "Anthropic" şirkətinin baş direktoru Dario Amodeini Pentaqona çağırmışdı. Görüşün məqsədi rəsmən açıqlanmasa da, Qərb mediası ABŞ Müharibə Nazirliyinin hərbi əməliyyatlar üçün qabaqcıl süni intellekt sistemlərinin tətbiqi imkanlarını araşdırmağa davam etdiyini xəbər vermişdi.
Hüseyn İbadlı
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO


































