ABŞ
İsrail Tehrana 13-cü zərbə dalğasını başlatdı
İsrail ordusu (İDF) bu gün Tehrana endirilən ikinci zərbə barədə bəyanat yayıb.
Publika.az xəbər verir ki, bu barədə İDF-nin bəyanatında deyilir.
"İsrail Hərbi Hava Qüvvələri, kəşfiyyatın rəhbərliyi altında, bu gün Tehranda yerləşən İran terror rejiminin hədəflərinə ikinci dəfə zərbələr endirib. Bu, Tehrana qarşı 'Aslan nəriltisi' əməliyyatının başlanğıcından bəri həyata keçirilən 13-cü zərbə dalğasıdır", - qurumdan bildirilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr İranın paytaxtı Tehrana və ölkənin ən böyük şəhərlərinə yönəlib. Hücumlardan dərhal sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) genişmiqyaslı cavab əməliyyatına başladığını elan edib. Məlumata görə, İran İsrailə, eləcə də Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı Amerika hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Hüseyn İbadlı
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO


































