ABŞ
Tramp İran liderini şəxsən seçmək istəyir - “Maduro əməliyyatı” təkrarlanacaq
ABŞ Prezidenti Donald Tramp öldürülmüş dini liderin oğlunun namizədliyini qəti şəkildə rədd edərək, İranın yeni rəhbərinin seçilməsi prosesinə şəxsən nəzarət etmək niyyətində olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Axios" nəşri telefon müsahibəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, Ağ Ev rəhbəri Tehranda daha əvvəl Amerika hərbçiləri tərəfindən Venesuelada həyata keçirilmiş siyasi rejim dəyişikliyi ssenarisini təkrarlamağı planlaşdırır.
“Onlar vaxt itirirlər. Xameneinin oğlu zəifdir. Venesuelada Delsi Rodrigeslə olduğu kimi, mən də bu təyinata qatılmalıyam”, - Donald Tramp bildirib.
Amerika lideri, hakimiyyətin ali rəhbər Əli Xameneinin ölümündən sonra bu posta əsas namizəd hesab edilən 56 yaşlı Müctəba Xameneiyə ötürülməsinə icazə verməyəcəyini açıq şəkildə nümayiş etdirib.
Prezidentin sözlərinə görə, əvvəlki kursun qorunub saxlanılması tamamilə qəbuledilməzdir, çünki bu, Birləşmiş Ştatları cəmi beş il sonra yenidən müharibə vəziyyətinə qayıtmağa məcbur edəcək. Tramp xarici idarəetmənin uğurlu nümunəsi kimi Nikolas Maduronun Amerika qüvvələri tərəfindən ələ keçirilməsindən sonra hakimiyyətə gələn və ABŞ-a neft tədarükünün bərpasını təmin edən vitse-prezident Delsi Rodrigesin rəhbərlik etdiyi Venesuelanı misal gətirib.
“Xameneinin oğlu mənim üçün qəbulolunmazdır. Biz İrana harmoniya və sülh gətirəcək birini görmək istəyirik”, - deyə ABŞ Prezidenti fikrini yekunlaşdırıb.
Hüseyn İbadlı
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop
-
Dünya00:23Hava zərbələri bir həftə davam edə bilər... - SEPAH nə planlayır?
-
Dünya00:05İran İsrailə hava zərbələri endirdi
-
Cənubi Qafqaz7 İyun 21:15Paşinyanın partiyası seçkilərdə səslərin neçə faizini topladı? - Ekzit-poll nəticələri
-
Dünya7 İyun 19:13Bu, hər kəs üçün qlobal kabusa çevriləcək - Hakan Fidan


































