ABŞ
Növbəti mərhələni unudun, bir də 10 ildən sonra... - Tramp İranın “fatihə”sini verdi
ABŞ və İsrailin infrastrukturuna endirdiyi zərbələrdən sonra İranın özünə gəlməsi üçün 10 il vaxt lazım olacaq.
Publika.az xəbər verir ki, bu fikri ABŞ prezidenti Donald Tramp “ABC News”a verdiyi müsahibədə İslam Respublikasına qarşı hərbi kampaniyanın potensial nəticələrini şərh edərkən bildirib.
Söhbət əsnasında televiziya müxbiri Conatan Karl Amerika liderindən hərbi əməliyyatların aktiv mərhələsinin bitməsindən sonra nələrin baş verə biləcəyini soruşub. Aparıcı vəziyyətin həllində növbəti mərhələ üçün Vaşinqtonun vizyonunu müəyyən etməyə çalışıb.
Trampın cavabı qısa, lakin eyhamlı olub. "Növbəti mərhələni unudun", - deyə prezident bildirib və bununla da zərbələrin həddindən artıq sər olacağına və növbəti mərhələyə ehtiyac qalmayacağına işarə edib.
Ekspertlər qeyd edirlər ki, bu cür açıqlamalar Amerika administrasiyasının Tehrana qarşı sərt mövqeyini göstərə bilər.
Tural
-
İdman18:36Bolqarıstan klubu “Qarabağ”la oyuna azarkeşsiz gəlir
-
Nida Xəbər 16:43Əli Əsədov qərar imzaladı
-
İdman13:50DÇ-nin finalındakı şouda rus sözləri aranı qarışdırıb, FİFA susur - FOTO
-
Ekologiya13:00Gecə yarısı partlayış olub - Yeri nə gözləyir?
-
Rəsmi xronika12:58Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi - Yeniləndi/Foto
-
Köşə11:54Kəsilməmiş qarpız fəlsəfəsi
-
Rəsmi xronika11:03İlham Əliyev Belçika Kralını təbrik etdi
-
Sosial10:24Azərbaycan əhalisinin sayı artdı










.jpg)
.webp)



.jpg)








.jpg)














