ABŞ
Obama açıqlaması ilə yenə gündəm oldu: Bu dəfə görün nəyi etiraf etdi
ABŞ-ın keçmiş prezidenti Barak Obama gənc yaşlarında "fast-food" restoranlarından oğurluq etdiyini və əsasən konservləşdirilmiş qidalar yediyini etiraf edib.
Publika.az xəbər verir ki, o, bu barədə "CBS"də yayımlanan afroamerikalı pastor Cessi Ceksonun anım mərasimi zamanı danışıb.
Obamanın sözlərinə görə, gəncliyində o, universitetdən dərhal sonra tələbə borcunu ödəməli olub.
"Mən Nyu-York şəhərində yaşayırdım və işləyirdim. Əsasən konservləşdirilmiş tuna balığı və konservləşdirilmiş şorba yeyirdim. Nə vaxt "fast-food" restoranında olsam, bir neçə əlavə kraker götürüb cibimə qoyardım", - deyə keçmiş prezident bildirib.
Xatırladaq ki, Obama fevralın əvvəlində "No Lie" podkastında yadplanetlilərin mövcudluğu və 51-ci Zona ilə bağlı şayiələrdən danışaraq gündəm olub. O, aparıcının yadplanetlilərin gerçək olub-olmadığı barədə sualına "Onlar mövcuddurlar, amma mən onları heç vaxt görməmişəm" cavabını verib.
Ləman
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO


































