ABŞ
Tramp qızlar məktəbinə hücumda İranı günahlandırdı
Minabdakı qızlar məktəbinin atəşə tutulmasında İran günahkardır.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Air Force One" göyərtəsində jurnalistlərlə söhbəti zamanı bildirib.
"Gördüklərimə əsasən deyə bilərəm ki, bunu İran edib. Biz belə düşünürük ki, bunu İran edib. Onlar öz hərbi sursatlarından istifadə edərkən çox qeyri-dəqiqdirlər", - deyə Amerika lideri bildirib.
Trampın sözlərini Pentaqon rəhbəri Pit Heqset də təsdiqləyib. Onun sözlərinə görə, İran mülki əhalini hədəf alan yeganə tərəfdir.
Fevralın 28-də İranın Minab şəhərindəki qızlar üçün ibtidai məktəbə zərbə endirilib və nəticədə 175 nəfər həlak olub. İlkin ehtimallara görə, zərbəni ABŞ Silahlı Qüvvələri endirə bilərdi. "The New York Times" qəzetinin məlumatına görə, Amerika hərbçiləri hədəfi səhv müəyyənləşdirdikləri üçün məktəbə yanlışlıqla hücum etmiş ola bilərlər.
Hüseyn İbadlı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
-
Sosial12:36Azərbaycanda yenilik: Sosial şəbəkələrdə hesab açmaq üçün... - RƏSMİ
-
Nida Xəbər 12:06Azərbaycan və Ermənistan vətəndaşları məsuliyyət daşımayacaqlar - Bu məxfi məlumatı versələr
-
ABŞ09:27Trampa elə bir üzük hədiyyə etdilər ki... - FOTO
-
ABŞ09:24Görüş olacaq: Trampın “xüsusi elçisi” Qətərə getdi
-
Dünya07:55Monakodakı partlayışda xəsarət alanlar oliqarx və ailə üzvləri imiş - Yeniləndi
















_(1).jpg)










.jpg)









