ABŞ
ABŞ Rusiyaya müraciət etdi: İrana kəşfiyyat məlumatları ötürməyin!
ABŞ rəsmi Moskvaya müraciət edərək, İrana kəşfiyyat məlumatlarının ötürülməməsini xahiş edib.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib.
Uitkoffun sözlərinə görə, Rusiya tərəfinə göndərilən mesajda Tehranın regiondakı Amerika qüvvələrinə hücum etməsini asanlaşdıran məlumatların paylaşılmaması tələb olunub: "Mən Rusiyaya kəşfiyyat məlumatlarını İrana ötürməmək barədə müraciət ünvanlamışam. Bu cür informasiyalar İran rejiminə bölgədəki hərbi qüvvələrimizi hədəfə almaq imkanı yarada bilər".
Xüsusi elçi Rusiyanın indiyədək belə məlumatları paylaşıb-paylaşmadığı və ya Amerika hərbi obyektlərinə atəş açılması üçün hədəf göstərib-göstərmədiyi barədə dəqiq məlumat verməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəlki çıxışlarında Moskvanın Tehrana hərbi yardım göstərdiyinə dair hər hansı ciddi əlamət görmədiyini vurğulamışdı.
-
Magazin106:16Aynur Dadaşova səhhətindəki problemdən danışdı
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO


































