ABŞ
Tramp onları araşdırmağa başladı: Növbəti prezident kim olacaq?
ABŞ prezidenti Donald Tramp Respublikaçılar Partiyası daxilində prezidentliyə potensial varisləri nəzərdən keçirməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ liderinə yaxın mənbələrə istinadla məlumat yayıb.
Nəşr qeyd edir ki, Tramp məsləhətçilər, donorlar və tərəfdarlarla gələcək liderlik variantlarını fəal şəkildə müzakirə edir, onların güclü və zəif tərəflərini qiymətləndirir. Potensial namizədlər arasında vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubio da var.
Nəşr yazır: "Biz hər bir namizədə yalnız gələcək lider kimi deyil, həm də partiyanın uzunmüddətli strategiyasının bir hissəsi kimi baxırıq".
Varis barədə rəsmi açıqlama olmasa da, Tramp açıq şəkildə partiyanın gələcək rəhbərliyinin formalaşmasına təsir göstərməyə çalışır, strateji addımları nəzərdən keçirir və fərdi şəxsləri dəstəkləyir.
Adəm
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”



































