ABŞ
Trampdan müəmmalı açıqlama: İran öz məktəbini ABŞ-ın verdiyi raketlə vurub?
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi son mətbuat konfransında İranda qızlar məktəbinə endirilən raket zərbəsi ilə bağlı qalmaqallı açıqlama verib.
Publika.az TWZ (The War Zone) nəşrinin məlumatına istinadən xəbər verir ki, prezident bu hücumun ABŞ istehsalı olan "Tomahawk" qanadlı raketləri ilə həyata keçirildiyini istisna etməyib.
Jurnalistin "İranın ilk dərs günündə öz ibtidai məktəbini ABŞ raketi ilə necə bombaladığı" barədə sualına Tramp belə cavab verib:
"Deyə bilərəm ki, "Tomahawk" dünyanın ən güclü silahlarından biridir və bildiyiniz kimi, o, digər ölkələrə də satılır və onlar tərəfindən istifadə olunur. Bu raketi İran tərəfi özü də ata bilərdi".
Tramp əlavə edib ki, hazırda hadisənin təfərrüatları araşdırılır:
"Bir çox ölkədə "Tomahawk" var, onları bizdən alırlar. Mən araşdırmanın nəticəsi nə olursa-olsun, hesabatı qəbul etməyə hazıram".
Qeyd edək ki, "Tomahawk" raketlərinin İranın əlinə hansı yollarla və kimlər tərəfindən verildiyi barədə rəsmi məlumat açıqlanmayıb.
Bundan əvvəl xəbər verdiyimiz kimi, "New York Times" qəzeti İranın Minab şəhərindəki qızlar məktəbinə dəyən raketin qalıqlarında ABŞ sursatları ilə eyni izlərin olduğunu bildirmişdi.
Adəm
-
Magazin106:16Günayın Misir tətili - FOTO
-
Sağlamlıq05:45Dondurma yeyərkən dişlərimiz buna görə ağrıyırmış...
-
Yaxın Şərq03:43Milli təhlükəsizlik nazirinin evinin yaxınlığına dron düşdü
-
İdman00:45Tanınmış tennisçi futbolçu oldu
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)



































