ABŞ
Trampın reytinqi kəskin düşür - Səbəbləri...
ABŞ prezidenti Donald Tramp ölkə vətəndaşları arasında dəstəyini itirməkdədir.
Publika.az xəbər verir ki, son rəy sorğusuna əsasən, qeydiyyatdan keçmiş seçicilər arasında onun fəaliyyətini bəyənmə dərəcəsi 44 faizə düşüb ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə üç bənd aşağıdır.
Narazıların sayı isə əksinə, artaraq 54 faizə çatıb. Son aylarda Tramp immiqrasiya siyasətindən tutmuş Ceffri Epşteynin qalmaqallı fayllarının dərci və İranla uzanan münaqişəyə qədər bir neçə problem səbəbindən mənfi reaksiya ilə üzləşib.
"Decision Desk HQ"nun orta göstəriciləri də rəqəmlərin o qədər də ürəkaçan olmadığını göstərir: ABŞ prezidentinin fəaliyyətini 43,1 faiz bəyəndiyi halda, 54,4 faiz bəyənmir. Ağ Ev üçün xüsusilə əsas istiqamətlər üzrə göstəricilər narahatlıq doğurur. Trampın sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsindəki işini 53 faiz bəyənsə də, ümumilikdə immiqrasiya sahəsində bu rəqəm cəmi 44 faizdir. ABŞ-ın hazırda tammiqyaslı hərbi kampaniya apardığı İrandakı fəaliyyətini isə respondentlərin yalnız 41 faizi dəstəkləyir. Prezidentin özü də son bəyanatlarından göründüyü kimi, artıq ən pis ssenariyə hazırlaşır.
"Prezidentlər, istər respublikaçı olsun, istərsə də demokrat, qalib gəldikdə bunun heç bir əhəmiyyəti yoxdur. Belə görünür ki, onlar aralıq seçkilərini uduzurlar", - deyən ABŞ lideri bu ənənəni dəyişməyə ümid etdiyini bildirib.
Adəm
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”



































