ABŞ
Putin Avropadan yox, yalnız bu ölkədən qorxur: İrandan Trampla əlaqə saxlayan kimdir?
ABŞ prezidenti Donald Tramp bildirib ki, rusiyalı həmkarı Vladimir Putin yalnız ABŞ-ın gücündən qorxur və Avropa onu qorxutmur.
Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bazar ertəsi günü Hörmüz boğazında təhlükəsizliklə bağlı NATO müttəfiqləri arasında fikir ayrılıqları ilə bağlı sualı cavablandırarkən belə deyib.
"NATO bizik (ABŞ). Putindən soruşun, o, bizdən qorxur, Avropadan heç qorxmur. O, Amerika Birləşmiş Ştatlarından və ilk müddətimdə qurduğum ordudan qorxur", - Tramp deyib.
Tramp həmçinin bildirib ki, Vaşinqtonun İran neftinə ehtiyacı yoxdur:
“Bizə neft lazım deyil, bilirsinizmi? Bizə neft lazım deyil. Bizdə kifayət qədər neft var. Bu, bizim ən böyük üstünlüklərimizdən biridir. Biz digər ölkələrə nisbətən iki dəfə, iki dəfədən çox neft istehsal edirik".
O, əlavə edib ki, İrana qarşı əməliyyat bitdikdən sonra neft qiymətləri "kəskin şəkildə düşəcək" və "bu, olduqca tez baş verəcək". Lakin Tramp konkret bir müddət göstərməyib və İranın "faktiki olaraq məhv edildiyini" vurğulayıb.
O, əvvəllər müttəfiqlərini ABŞ-a Hörmüz boğazının açılmasında kömək etməyə çağırmış və çağırışına qulaq asılmazsa, NATO üçün "çox pis" olacağını söyləmişdi, lakin Avropa ölkələri bu çağırışa soyuqqanlılıqla reaksiya vermişdilər.
Bundan əlavə, Amerika prezidenti Ayətullah Əli Xameneinin öldürülməsindən və oğlu Müctəbanın Ali Lider təyin edilməsindən sonra ölkəyə hazırda kimin rəhbərlik etdiyini bilmədiyini söyləyib.
"Onların liderinin kim olduğunu bilmirik. Bizimlə danışıqlar aparmaq istəyən insanlar var. Onların kim olduqları barədə heç bir məlumatımız yoxdur", - deyə Tramp jurnalistlərə bildirib. "Çoxları onun (Müctəba Xameneinin) ciddi şəkildə xəsarət aldığını deyir. Deyirlər ki, o, bir ayağını itirib. Digərləri isə onun öldüyünü deyir", - deyə o əlavə edib.
Tural
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı



































