ABŞ
ABŞ-ın milli borcu rekord həddi keçdi
ABŞ-ın dövlət borcu davamlı artım nümayiş etdirərək yeni tarixi maksimuma çatıb.
Publika.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, oktyabrın 19-na olan vəziyyətə əsasən, dövlət borclanmasının həcmi 40,396 trilyon dollar təşkil edib.
Beləliklə, avqustun 19-da dövlət borcunun 40 trilyon dollar həddini keçməsindən sonrakı iki ay ərzində borc təxminən 400 milyard dollar, yaxud 1 faiz artıb. Oktyabrın əvvəlində ümumi məbləğə artıq təxminən 250 milyard dollar əlavə olunmuşdu.
Ekspertlər uzunmüddətli perspektivdə mənfi tendensiyanın davam edəcəyi barədə xəbərdarlıq edirlər. Analitiklər proqnozlaşdırırlar ki, 2030-cu ilədək ABŞ-ın dövlət borcu 50 trilyon dollar həddini keçə bilər. Bundan əlavə, ABŞ Konqresinin Büdcə və İqtisadi Təhlil İdarəsi gözləyir ki, 2036-cı ilədək dövlət borclanmasının həcmi ölkənin ümumi daxili məhsulunu (ÜDM) 20 faiz üstələyəcək.
Hüseyn İbadlı
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu – Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: toxunanlar zəhərlənir
-
Qoroskop00:45Günün ulduz falı: Kiçik detalları gözdən qaçırmamağa çalışın
-
Dünya22 Noyabr 18:36300 işçinin çalışdığı şirniyyat fabriki külə döndü: Ölənlərin kimliyi DNT ilə müəyyən ediləcək - Yeniləndi
-
İdman22 Noyabr 16:58Polis keçmiş xokkeyçini güllələyərək öldürdü













.jpg)

.jpg)

.jpg)

















