Kriminal
Bakıda parkın ortasında DƏHŞƏT: insanların gözü qarşısında...
Bakı sakini özünü yandırıb.
Publika.az xəbər verir ki, bu gün saat 10 radələrində Xətai rayonu ərazisində - Məhəmməd Hadi küçəsi ilə Neapol küçələrinin kəsişməsindəki parkda 55-60 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb. Ətrafdakı şəxslərin köməkliyi ilə yanğın söndürülüb və özünə od vuran şəxs əraziyə gəlmiş təcili tibbi yardım maşını ilə 5 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
İlkin araşdırmalar zamanı məlum olub ki, özünü yandıraraq intihara cəhd edən şəxs Bakı şəhər Xətai rayonu Məhəmməd Hadi küçəsi, bina 89, mənzil 79-da yaşayan 1961-ci il təvəllüdlü Kononov Aleksandr Sergeyeviçdir. Onun uzun müddət nəqliyyat qurumlarından birində çalışdığı üzə çıxıb. Belə ki, A.Kononov özünü yandırmazdan əvvəl məktub yazıb və məktubunda onun təqaüd alma məsələsinin qəsdən yubadıldığını qeyd edib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Zəruri istintaq tədbirləri həyata keçirilir.
Nizam
-
İnanc09:21ABŞ-a baqajda gizlənərək gəlmişdi, yeparxiya rəhbəri təyin edildi
-
Nəqliyyat08:30Bakıda daha 30 metro stansiyası yaradılacaq - Detallar
-
Ekopublika.az07:55Manatla bağlı dəyişiklik: Qiymətlərə necə təsir edəcək? - Video
-
Magazin102:19Aygün Kazımovanın səhhəti pisləşdi: Konsert təxirə salındı
-
Qoroskop01:40Günün ulduz falı: heç nəyi gizlədə bilməyəcəksiz...
-
ABŞ1 May 23:55Ağ Ev İranla müharibənin bitdiyini bəyan etdi
-
Hadisə1 May 23:15TƏBİB dəhşətli qəzada xəsarət alanların son vəziyyətini açıqladı - Yeniləndi
-
ABŞ1 May 21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp














.jpg)













.png)

.jpg)






