55 yaşlı “Məcnun” - FOTOLARDA
Bizi izləyin

Art

55 yaşlı “Məcnun” - FOTOLARDA

Dünən Opera və Balet Teatrında Mənsum İbrahimovun yubiley tamaşası baş tutdu. Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası məhz xanəndənin 55 illik yubileyi münasibəti ilə təqdim olundu.

22 ildir səhnədə Məcnun obrazını ifa edən Azərbaycan Respublikasının xalq artisti Mənsum İbrahimovun tərəf müqabili Nəzakət xanım Teymurova idi.

Qeyd edək ki, bu illər ərzində Azərbaycan muğam sənətinin bir çox istedadlı qadın ifaçıları – xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Aygün Bayramova, Simarə İmanova onun tərəf müqabilləri olub.

Publika.az yubiley tamaşasından fotoları təqdim edir.

Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm