Azərbaycan filminin iki ölkədə uğuru - FOTOLAR
Bizi izləyin

Art

Azərbaycan filminin iki ölkədə uğuru - FOTOLAR

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla aşağı” bədii filminin Polşanın Golden Anteaters beynəlxalq film festivalında təqdimatı baş tutub.

“Azərbaycanfilm” kinostudiyasından Publika.az-a bildirilib ki, filmimiz 57 ölkədə təqdim olunan 700 ekran əsərinin arasından seçilib. Bu filmdən başqa, 8 tammetrajlı bədii film də festivalın əsas müsabiqə proqramında yer alıb. Festival noyabrın 28-dək davam edəcək.

Həmçinin “Axınla aşağı” filminin Romada keçirilən 16-cı “Asiatica, Encounters with Asian Cinema” beynəlxalq film festivalı çərçivəsində İtaliya premyerası reallaşıb. Festivalın əsas müsabiqə proqramında yer alan filmin Romada növbəti nümayişi noyabrın 24-də olacaq. Festival noyabrın 28-də başa çatacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm