Qapısı qıfıllanan teatrdan yeni XƏBƏR
Bizi izləyin

Art

Qapısı qıfıllanan teatrdan yeni XƏBƏR

YUĞ Teatrı yeni tamaşaların məşqlərinə başlayıb. Bununla yanaşı, teatrın kollektivi bir sıra beynəlxalq və ölkə miqyaslı layihələr üzərində də çalışır.

Publika.az xəbər verir ki, teatr tezliklə tamaşaçılarını yeni işləri ilə sevindirəcək.

Fevralın 27-si saat 16:00-da isə teatrın kollektivi yeni məkanda öz tamaşaçılarını yuğvari salama dəvət edir. Mir Sahib Ağayevin quruluşunda təqdim olunan “Çox məkanda VAR olmuşuq...” adlı salamlamada teatrın yaradıcı heyəti ilə yanaşı, “Savalan” və “Amarok” musiqi qrupları da iştirak edəcək.

Xatırladaq ki, Bakı şəhərinin baş planına uyğun olaraq, Azərbaycan Dövlət YUĞ teatrının (M.Muxtarov küçəsi, 83) binasının sökülməsi ilə əlaqədar Teatr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarına əsasən, 2016-cı ilin fevral ayının 1-dən etibarən fəaliyyətini Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm