Nizami Kino Mərkəzi Xocalı faciəsinə görə aksiya keçirəcək
Bizi izləyin

Art

Nizami Kino Mərkəzi Xocalı faciəsinə görə aksiya keçirəcək

Nizami Kino Mərkəzi Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar repertuarında dəyişiklik edəcək.

Publika.az xəbər verir ki, fevralın 26-da Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Nizami Kino Mərkəzi repertuarda olan bütün əyləncəli filmlərin nümayişini dayandıracaq.

Gün ərzində Vahid Mustafayevin Qarabağ müharibəsindən bəhs edən “Xoca” filmi nümayiş olunacaq. Seanslar saat 12:00-da və 14:30 –da keçiriləcək.

Filmlərə giriş sərbəstdir.

Həmçinin, həmin gün Xocalı soyqırımı ilə bağlı dövlət sifarişi ilə “Yaddaş” sənədli filmlər studiyasında istehsal edilmiş, Azərbaycanın Milli qəhrəmanları Elman Hüseynov, Füzuli Rüstəmov və Əliyar Əliyevə həsr olunan “İlk komandir”, “Xocalının zamini” və “Pəhləvan komandir” sənədli filmlərinin təqdimatı olacaq.

Tədbirdə kino xadimləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, “İlk komandir” və “Pəhləvan komandir” filmlərinin rejissoru Nizami Abbas, “Xocalının zamini” filminin rejissoru isə Zamin Məmmədovdur.

Bu aksiya və tədbirlər Nizami Kino Mərkəzinin, Xocalı Faciəsində günahsız həlak olan soydaşlarımıza hüzn və ehtiramıdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm