Art
“Dədə Qorqud”un Turalı necə Mark Jozef oldu? - FOTOLAR\VİDEO
"Dədə Qorqud" filmində oynadığı Tural rolu ilə yaddaşlara əbədi həkk olunmuş azərbaycanlı aktyor Fərhad Yusifovun hazırkı həyat və fəaliyyəti ilə bağlı bir sıra maraqlı faktlar məlum olub.
Publika.az xəbər verir ki, 1956-cı ildə Moskvada dünyaya gəlmiş, Bakıda böyümüş Fərhad Yusifov hazırda Kanadanın Kvebek əyalətində, Monreal şəhərində yaşayır və Mark Jozef adını qəbul edib.
Orta məktəbi Bakıdakı Konservatoriya yanında Xüsusi Musiqi Məktəbini pianoçu kimi bitirmiş Fərhad Yusifov sonra aktyorluq fakültəsinə daxil olaraq ikinci təhsil alıb. Kinoya ilk dəvəti hələ tələbəlik illərində almış Fərhad Yusifov bir sıra ekran əsərlərində, o cümlədən "Nizami", "Dədə Qorqud", habelə digər filmlərdə müxtəlif obrazları canlandırıb.
Onun xüsusilə "Tacikfilm"in istehsalı olan "Siyavuş haqqında dastan" filmində canlandırdığı obraz Rusiya və Tacikistanın kino həvəskarları arasında populyarlıq qazanıb. Bunu Rusiya mətbuatının tez-tez Fərhad Yusifovun yaradıcılığına müraciət etməsi, habelə kinosevərlərin azərbaycanlı aktyorla maraqlanmaları da sübut edir.
Yeri gəlmişkən qeyd edək ki, rejissor Bension (Boris) Kimyagərovun ekran əsəri olmuş filmin bəstəkarı məşhur Azərbaycan musiqiçisi Arif Məlikovdur.
Hazırda Amerika qitəsində Mark Jozef adıyla yaşayan, aktyor, rejissor, ssenarist və prodüser 1989-cu ildə SSRİ-ni tərk edib.
Kanadada tammetrajlı "Aldanış" filmi üçün ssenari yazan Fərhad Yusifov qrafik dizayn və videomontaj üzrə təhsil alıb. "RTVC" Telekanalında çalışmış aktyor-rejissor müəllif proqramları, habelə reklam çarxları hazırlayıb.
Son bir neçə ildə sənədli filmlər silsiləsindən "Yuxuların Səbəti" eksperimental layihəsi üzərində çalışmış Mark Jozef planetimizin ayrı-ayrı ölkələrində yaşayan sakinlərin bugünkü həyatını işıqlandırıb. Bu silsilədən olan, Peruda çəkilmiş birinci film "Salado" "Avropaya Pəncərə" Rusiya kinosu festivalı müsabiqəsinə 2015-ci ildə yüksək mükafata layiq görülüb.
Hazırda "yuxuların Səbətləri" silsiləsindən olan növbəti filmlər üzərində işləyən Fərhad Yusifov – Mark Jozef həmçinin bu bədii filmin ssenarisini yazır, onun həmmüəllifi kimi çalışır.
Anar Tağıyev
-
İdman00:45Rafael Fiziyev: “Atam mənə görə narahat idi”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sürprizlərə hazır olun
-
Yaxın Şərq27 İyun 23:36Həniyyənin qardaşı oğlu da məhv edildi
-
Magazin227 İyun 21:36Ailəsi qucaq açıb qarşılayır - O isə gənc sevgilisi ilə evlənmək istəmir
-
Hadisə27 İyun 21:00Şamaxıda Ağsu çayı daşdı: İnsanlar yollarda qaldı - VİDEO
-
Avropa27 İyun 20:48Nazi yeni doğulmuş körpəsi ilə iclasa qatıldı
-
İdman27 İyun 20:24Fərman Həsənov UFC-də qələbə qazandı
-
İdman27 İyun 19:36Dünya çempionatı matçından sonra atışma baş verdi










.jpg)















.jpg)









.jpg)