Orxan Pamuku məhkəməyə verdilər
Bizi izləyin

Art

Orxan Pamuku məhkəməyə verdilər

Nobel mükafatçısı Orxan Pamuka qarşı iddia qaldırılıb.

Publika.az xəbər verir ki, elektrik mühəndisi olan Yavuz Konuk adlı şəxs yazarın “Qırmızı saçlı qadın” adlı romanında ensest münasibətlərin təsvir olunduğunu iddia edib.

İddianamədə kitabın 114-cü səhifəsində ensest münasibətlə bağlı işlədilən sözlərin türk adət-ənənələrinə və əxlaqa zidd olduğu bildirilib.

Şikayətçi Yavuz Konuk kitabın toplanmasını və həmin hissə çıxarıldıqdan sonra yenidən nəşr edilməsini tələb edib. O, Orxan Pamukun türk xalqından üzr istəməli olduğunu vurğulayıb.

Sosial şəbəkələrdə Orxan Pamuka dəstək verənlər bu yaxınlarda Türkiyədə yaşanan dəhşətli “Ensaf” vəqfi hadisəsini (45 nəfər oğlan uşağına təcavüz edilməsi – red.), həmçinin, atası və qardaşı tərəfindən təcavüzə məruz qalan 7 yaşlı qızı xatırladaraq, “Bu ölkədə təcavüz etsən, heç kim sənə güldən ağır söz deməz, ancaq ölkənin həqiqətlərini yazsan, hamı hücuma keçər”, – deyə yazıblar.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm