“Ürəyim bal pətəyidir” – TƏQDİMAT
Bizi izləyin

Art

“Ürəyim bal pətəyidir” – TƏQDİMAT

Yazıçılar Birliyinin Natəvan klubunda Başkeçiddən olan şairə xanım, “Aşıq Pəri” məclisinin yaradıcısı Səadət Butanın yeni işıq üzü görən kitabının təqdimat mərasimi olub.

Publika.az xəbər verir ki, “Ürəyim bal pətəyidir” adlı kitabda S.Butanın son illər yazdığı şeirlər və “Eldə elat bayramı” adlı poeması yer alıb.

Tanınmış qələm adamlarının toplaşdığı təqdimat mərasimində şairənin həyat və yaradıcılıq yoluna nəzər salınıb, yeni kitabla bağlı təəssüratlar paylaşılıb.

Kitab S.Butanın oxucularla 12-ci görüşüdür. İndiyə qədər onun “Dağlar məni çağırır”, “Həsrət çələngi”, “Vətən həsrəti”, “Sazın-sözün butası” və digər kitabları çapdan çıxıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm