Bəstəkarlardan ordumuza dəstək
Bizi izləyin

Art

Bəstəkarlardan ordumuza dəstək

Azərbaycan bəstəkarları və musiqişünasları əsgərlərimizin Qarabağ cəbhəsində qazandıqları qələbələr haqqındakı sevinc dolu xəbərləri böyük ruh yüksəkliyi ilə qarşılayıblar. Erməni işğalçılarına layiq olduqları cavabı verməklə Azərbaycan ordusu yüksək əhval-ruhiyyədə olduğunu və öz doğma yurduna sevgisini bir daha sübut edib.

Ən çətin illərdə Azərbaycan bəstəkarları öz yaradıcılıqlarına bir an da olsa belə fasilə verməyərək, xalqımızın cəsarətini və vətənpərvərlik duyğularını tərənnüm edən əsərlər yaradıblar.

Bəstəkarlarımızın yaradıcılığında Qarabağ hadisələrinə həsr olunan operalardan, simfoniyalardan, oratoriyalardan, kantatalardan tutmuş mahnılara və hərbi marşlara qədər müxtəlif janrlara aid əsərlərə rast gəlmək olar.

Vasif Adıgözəlovun “Natəvan”, Firəngiz Əlizadənin “İntizar” operaları, Ramiz Mustafayev, Oqtay Rəcəbov, Azər Dadaşovun oratoriya və kantataları, Azər Rzayev, Tofiq Bakixanov, Cəlal Abbasov, Sərdar Fərəcovun simfoniya və simfonik poemaları, o cümlədən Tahir Əkbər, Yaşar İmanov, Azər Dadaşov, Eldar Mənsurov, Sərdar Fərəcov, Azad Zahid, Elza Seyidcahanın bəstələdiyi mahnılar və hərbi marşları buna misal göstərmək olar.

Azərbaycan bəstəkarları və musiqişünasları həmişə xalqın və ölkə rəhbərliyinin yanında olmağı özünün müqəddəs borcu hesab edir və bildirir ki, istənilən vaxt istənilən çağırışlara Azərbaycan xalqının humanistliyini və vətənpərvərliyini tərənnüm edən yaradıcılıq nümunələri ilə cavab verməyə hazırdırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm