“Ögey ana”nın İsmayılı belə yad olundu – FOTOLAR
Bizi izləyin

Art

“Ögey ana”nın İsmayılı belə yad olundu – FOTOLAR

Bu gün C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının kollektivi görkəmli aktyor və rejissor Ceyhun Mirzəyevin xatirəsini yad edib, məzarı üzərinə əklil qoyublar.

Publika.az xəbər verir ki, ziyarət edənlər arasında kinostudiyanın direktoru Müşfiq Hətəmov, kinorejissor Cəmil Quliyev, Elxan Qasımov, aktyor Ənvər Həsənov da olub.

Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdamda doğulub. Onun 48 illik ömrünün 35 ildən çoxu kino ilə bağlı olub. İlk rolunu 11 yaşında “Görüş” filmində oynayıb. 12 yaşında isə “Ögey ana”da İsmayıl roluna çəkilib.

Ceyhun Mirzəyev kinostudiyada aktyor və rejissor kimi çalışıb, Rusiya, Qazaxıstan, Ukrayna və digər ölkələrin filmlərində rol alıb. Həmçinin “Mozalan” satirik kinojurnalının bədii rəhbəri olub, bu kinojurnal üçün 100-dən artıq süjet çəkib. Görkəmli kino ustasının son filmi “Fəryad”dır. O, erməni vəhşiliklərini əks etdirən bu filmin həm rejissoru idi, həm də həmin ekran əsərində aktyor kimi çəkilmişdi. Lakin filmin premyerasını görmək ona qismət olmadı. Ceyhun Mirzəyev 1994-cü qəflətən dünyasını dəyişib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm