Art
Azərbaycanda Şairlər Günü qeyd olunacaq
İyunun 5-də Azərbaycanda VI Şairlər Günü qeyd olunacaq.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətindən bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin, AYB-nin, Gənc Şairlər Birliyinin təşkilatçılığı, Türkiyə Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin, Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilati dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində keçiriləcək tədbir böyük Azərbaycan şairi, müasir şeirin görkəmli nümayəndəsi Vaqif Səmədoğlunun yaradıcılığına həsr ediləcək. Xalq Şairi Vaqif Səmədoğlunun nəşr edilmiş “Sandıq şeirləri”nin təqdimatı da məhz həmin gün olacaq.
Bildirilib ki, iyunun 5-i həm də Mikayıl Müşfiqin doğum günüdür. Odur ki, tədbirin təşkilatçıları məhz Müşfiqin adını daşıyan mükafatın şairlərə verilməsini məqsədəuyğun hesab edirlər. Şairlər Gününün başqa bir özəlliyi isə həmin gün şair və yazıçıların Müşfiqin rəmzi məzarına – Xəzər dənizinə gülsəpmə mərasimində iştirak etməsidir.
Həmçinin Vaqif Səmədoğlunun da xatirəsi anılacaq, Xalq Şairinin əsərləri və sözlərinə yazılmış mahnılar səsləndiriləcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR