“Soyuzmultfilm” studiyası 80 illik yubileyinə hazırlaşır - VİDEO
Bizi izləyin

Art

“Soyuzmultfilm” studiyası 80 illik yubileyinə hazırlaşır - VİDEO

Hər nəslin özünün sevimli cizgi filmi var. Lakin dəfələrlə nümayiş olunsa da, sovet cizgi filmləri aktuallığını heç vaxt itirmir.

SSRİ-nin özündən sonra qoyub getdiyi nəhəng irsi içərisində ən xoş məqamlardan biri də animasiyadır, hansı ki, bu gün bizə sovet cizgi filmlərinə təkrar-təkrar baxmağa imkan verir. O dövrün multiplikatorları ötən əsrin ortalarından başlayaraq, saysız-hesabsız əsl sənət inciləri yaradıblar.

Bu gün SSRİ cizgi filmləri haqlı olaraq dünya səviyyəli klassika hesab olunur. Cizgi filmlərində bir çox mövzular köhnəlməsinə baxmayaraq, kiçiklər də, böyüklər də indiyə qədər onları böyük həvəslə izləyir. Sovet cizgi filmləri öz dərin mənasına görə: həm fəlsəfi, həm də psixoloji cəhətdən uşaqlar üçün çox maraqlıdır. Onlardan bəziləri orijinal və qeyri-adi süjeti ilə seçilir. Xeyir və şər haqqında ibrətamiz mövzular uşaqlar üçün xüsusi faydalıdır.

Məlumdur ki, cizgi filmi də digər janrlar kimi sərt senzuranın təsiri altında formalaşıb. Multiplikatorların yaradıcılığına müəyyən qadağaların qoyulması və sovet dövründəki mövcud vəziyyət onların işinə gözlənilməz effekt vermişdi. Bir çox valideynlər indiyədək uşaqlara, körpələrə bu cizgi filmlərini izlətdirir, düzlük və ədalət anlayışını onların vasitəsi ilə təlqin edirlər. Bu incilərin çoxu “Soyuzmultfilm” studiyasında çəkilib.

“Soyuzmultfilm” nağılların, Çeburaşka, Mauqli, Karlson və digər personajların uydurulduğu sehrli məkandır. “Soyuzmultfilm” SSRİ-nin ən böyük cizgi filmləri studiyasıdır. 1936-ci ildə yaradılan əfsanəvi "Soyuzmultfilm” 80 illik yubileyinə hazırlaşır. Beş mindən çox cizgi filmi istehsal edən “Soyuzmutfilm” XX əsrin ikinci yarısında Avropada ən iri animasiya studiyası idi. Onların bir çoxu dünya kino klassikasının qızıl fonduna daxildir. Ən yaxşı cizgi film yaradıcıları Almaniya, Fransa, Yaponiya, Bolqarıstan, İsveçrə və hətta Venesiya beynəlxalq festivallarında 400-dən çox mükafata layiq görülüb.

Şəxsən Stalin tərəfindən yaradılmasına əmr verildiyi deyilən studiyanın çəkdiyi ilk cizgi filmi "İsti Afrika" adlanır. Rəngli cizgi filmlərinin istehsalına isə 1937-ci ildən başlanılıb.

Publika.az “Soyuzmultfilm” kinostudiyasının ən yaddaqalan cizgi filmlərinin siyahısını təqdim edir. Böyüklər uşaqlığını yada salsın, balacalar da öz qəhrəmanlarını yenidən xatırlasın...

1. Vinni Pux

2. Karlson

3. Çeburaşka və Krokodil Gena

4. Nu Poqodi

5. Prostakvaşino

6. Pişik Leopoldun macəraları

7. Sehrli çiçək

8. Mauqli

9. Meymunlar

10. Yenə də iki

11. Qoğal

12. Bremen musiqiçiləri

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm