Art
Parisdə Novruz bayramı - - FOTO
Fransanın paytaxtı Paris şəhərində Novruz bayramına həsr olunmuş tədbir keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə bu ölkənin tanınmış incəsənət və mədəniyyət xadimləri, habelə dünya şöhrətli aktyor Robert Hossein, Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti ilə yaxından maraqlanan digər şəxslər iştirak ediblər.
Tədbir zamanı qonaqlara Novruz bayramının qədim tarixi haqqında məlumat verilib, "Novruz"un həmrəylik, qardaşlıq, dostluq bayramı olduğu diqqətə çatdırılıb və Novruz ənənələri barədə qonaqlara ətraflı məlumat verilib. Qonaqlar daha sonra milli musiqilərimizi dinləyib, bayram süfrəsinin ləziz nemətlərindən dadıblar.
Onlar tədbir zamanı sərgilənən milli adət-ənələrimiz, milli geyimlərimiz, bəzək əşyaları, azərbaycanlı rəssamların füsunkar təbiətimizə həsr edilmiş əl işlərindən ibarət rəsm sərgisinə böyük maraqla tamaşa ediblər. (report)
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri