Art
Nuri Bilge Ceylanın filmi Kann kinofestivalına daxil edildi
Nuri Bilge Ceylanın filmi Kann kinofestivalına daxil edilib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 71-ci Kann Film Festivalı proqramında yer alacaq yeni filmlərin adları açıqlanıb. Nuri Bilge Ceylanın “Ahlat Ağacı”, Terri Gilliamın “The Man Who Killed Don Quixote”u və Lars Von Trierin “The House That Jack Built” filmi festivalda iştirak edəcək.
71-ci Kann Film Festivalının proqramı ötən həftə açıqlananda adlarını çəkdiyimiz rejissorların daxil edilməməsi çaşqınlıq yaratmışdı. Rəhbərlik bunu festivalda gənc və ilk filmini çəkən rejissorlara üstünlük vermək istəmələri ilə izah etmişdi.
Bundan başqa, filmi 180 və ya 190 dəqiqə, hətta 4 saat olan Ceylandan festival rəhbərliyi ekran işini qısaltmağı xahiş etmişdi. Ancaq Nuri Bilge Ceylanın razı olmadığı və filmini heç bir şəkildə qısaltmağa niyyətli olmadığı deyilirdi.
Nuri Bilge Ceylanın “Ahlat Ağacı” filmi festivalda əsas müsabiqə bölümündə “Qızıl Palma” üçün yarışacaq. Əlavə olaraq, Yanın Qonzalezin “Un Couteau Dans Le Cur (Knife + Heart)” adlı filmi və Serqey Dvortsevoyun “Tulpan” filmləri də əsas seçimlərə daxil edilib.
Digər tərəfdən qadağası aradan qaldırılan Lars von Trier də nəhayət ki, Kanna ayaq basacaq. Rejissorun yeni filmi “The House That Jack Built” festivalın müsabiqə bölməsində yer almayacaq.
Kann Kino festivalı mayın 18-də başlayacaq.
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi