Art
“Kapellhaus”da 200 illik möhtəşəm SƏRGİ açılır
Almaniya-Azərbaycan Mədəniyyət birliyinin binası olan “Kapellhaus”da iki ölkə dostluğunun 200 illik yubileyinə həsr olunan “Germanaijan” sərgisi açılır.
Publika.az xəbər verir ki, sərgi Azərbaycanda alman irsinin izləri və memarlığı, daha yaxşı həyat axtarışında olarkən Qafqaza köçən almanların əzmkarlığı, dözümlülüyü və yaradıcılığına həsr olunub.
Sərgi çərçivəsində bir suala cavab axtarılır: Kimdir bu insanlar və onlar müasir Azərbaycana nəyi miras qoyublar?
Sərgi Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının 200 illik yubileyi çərçivəsində Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən, Almaniyanın Xarici İşlər Nazirliyinin “Mədəni irsin qorunması proqramı”nın, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və “Goethe-Zentrum Bakı” – “Kapellhaus”un dəstəyi ilə təşkil edilir.
Srginin adı - "Germanaijan" iki ölkə adını: Almaniya və Azərbaycanı birləşdirir. Sərgi alman icmasının bugünkü Azərbaycana təsirini vurğulamaq üçün düşünülüb. Bu xüsusda “Siemens” Tarixi İnstitutu və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, habelə ayrı-ayrı şəxslərin göstərdikləri dəstək və verdikləri töhfə ən maraqlı və həyəcanverici hekayələri işıqlandırmaqda əvəzsiz kömək olub.
Memarlıq mövzusu Germanaijan'ın xüsusi diqqət mərkəzindədir: Bakıda ruslaşdırılmış alman memarları tərəfindən inşa edilən onlarca bina memarlıq irsi kimi Azərbaycan dövləti tərəfindən qorunur. Sərginin mərkəzi əsəri Bakının siluetində alman izlərininin kəmiyyət və keyfiyyət cəhətdən əhəmiyyətini qrafik vizuallaşdıran xəritədir. Kağız modellər isə seçilmiş binalar haqqında daha ətraflı məlumat verir.
Sərgi 13 dekabr saat 19:00-da açılacaq və 16 fevral 2019 tarixinə qədər davam edəcək. Sərginin iş saatları: çərşənbə axşamı - şənbə: 13:00-19:00-dur. Giriş sərbəstdir.
Zümrüd
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO