Fransızlar Azərbaycanın xalq mahnısını oxudular
Bizi izləyin

Art

Fransızlar Azərbaycanın xalq mahnısını oxudular

Fransanın məşhur xoru Azərbaycanın xalq mahnısı “Aman ovçu”nu ifa edib.

Bu barədə Publika.az-a Fransada yaşayıb fəaliyyət göstərən gənc pianoçu, cazmen Etibar Əsədli xəbər verib.

"Bu konsert Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının dəstəyi ilə Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuşdu. Tədbirdə çıxış edən “Ensemble Turquoise” xorunun ifasında bır sıra digər kompozisiyalarla yanaşı Fərhad Bədəlbəylinin “Ave Mariya” əsəri və “Aman ovçu” xalq mahnımız səsləndi. Hər ikisinin xor quruluşunda, oxunma və tələffüz tərzində yardımçı oldum. Bir neçə dəfə məşq etdik. İlk məşqimiz çox ağır idi. Çünki xor üzvlərinin nə Azərbaycan musiqisi, nə də dili haqda məlumatı vardı. Amma getdikcə dilimizi də mənimsədilər. Çıxışları böyük maraqla qarşılandı".

Gənc pianoçu Azərbaycan xalqını həm qarşıdan gələn yeni il, həm də xalqımızın həmrəylik günü münasibətilə təbrik etdi.

"Fransada azərbaycanlıların sayı çoxdur, lakin xalqımız o qədər də yaxşı tanımırlar. o qədər də yaxşı tanımırlar. Arzu edirəm ki, Azərbaycandan tutmuş Fransaya qədər həmvətənlərimiz bir olsun. Birliyimiz musiqimizin, mədəniyyətimizin təbliği yolunda çox vacibdir.

Yeni iliniz mübarək!"

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm