Amerikadakı kilsədə Müqəddəs Məryəmin əri peyda oldu
Bizi izləyin

Art

Amerikadakı kilsədə Müqəddəs Məryəmin əri peyda oldu

1870-ci ildə Amerikada sirli hadisə baş verir. Belə ki, Santa-Fe kilsəsinin tikintisi zamanı baş memar gözlənilmədən dünyasını dəyişir. Tikinti yarımçıq qalır. Birdən ustalar görür ki, xor üçün nəzərdə tutulan heç bir pilləkan qoyulmayıb. Kilsənin kiçik ölçüsünü nəzərə alaraq, adi pilləkan tikmək mümkün deyildi. Bu çətin vəziyyəti görən rahibələr 9 gün ərzində durmadan Müqəddəs Məryəmin əri Müqəddəs Yusifə dua edirlər.

10-cu gün kilsəyə qəribə görkəmdə bir kişi gəlir. Rahibələrə bildirir ki, istədikləri şəkildə pilləkan tikə bilər, bir şərtlə ki, onun məxfiliyi qorunsun. 3 ay ərzində məxfi usta gətirdiyi adi alətlərlə tək çalışır.

Sehirbaz usta vintvari şəkilli pilləkanların tikintisində bir ədəd belə mismar istifadə etmir. Işini tamamlayandan sonra isə izi-tozu da qalmadan itir.

Bu hadisədən 10 il sonra kilsədə restavrasiya işləri aparılır. Məlum olur ki, əsrarəngiz ustanın istifadə etdiyi materiala yaxın ərazilərdə ümumiyyətlə rast gəlinmir. Hələ də varlığı sirr qalan ustanın Həzrəti Yusifin özü olduğu iddia olunur. Rahibələr hesab edirdilər ki, müqəddəs onların dualarına belə cavab vermişdi.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm