İsrailin rok qrupu Bakıda konsert proqramı ilə çıxış etdi - FOTO
Bizi izləyin

Art

İsrailin rok qrupu Bakıda konsert proqramı ilə çıxış etdi - FOTO

Oktyabrın 1-də Bakı Media Mərkəzində II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində İsrailin “Dudu Tassa & the Kuwaitis” rok qrupunun konserti olub.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, rok qrupunun konserti tamaşaçılarda unudulmaz təəssürat doğurub.

“Dudu Tassa & the Kuwaitis” 2017-ci ildə ABŞ turu zamanı “Radiohead”in dəstəyi ilə Kaliforniyanın nüfuzlu Coachella festivalının (2017) açılışında öz mahnılarını səsləndirib.

Qrup, həmçinin 2016-cı ildə Womex, Sziget, 2017-ci ildə Ostrava festivallarında və digər layihələrdə iştirak edib.

Qrupun yaradıcısı David "Dudu" Tassa İsrailin ən tanınmış musiqiçilərindən biridir. 2011-ci ildə qrup “Dudu Tassa & the Kuwaitis” adlandırılıb və eyniadlı albom buraxıb. O zamanlar qrup ənənəvi İraq musiqisini yeni təqdimatda ifa edirdi. Sonradan israilli musiqiçilər Al-Kuwaity qardaşlarının bəstələdiyi mahnıları özlərinə uyğun aranjeman edərək repertuarlarına daxil ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm